ÖZ XƏBƏR

"AZ.Halal Qida" MMC-yə 1.4 Milyon Manatdan artıq vergi borcu - Cərimələr Tətbiq Olundu

"AZ.Halal Qida" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergi orqanları tərəfindən aparılmış səyyar və operativ vergi yoxlamaları nəticəsində ciddi vergi pozuntuları müəyyən olunub.

32gun.az-ın əldə etdiyi məlunmata görə, Operativ vergi nəzarəti zamanı müəssisənin fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə baxmayaraq, həmin şəxslərlə əmək müqaviləsi bağlamadığı müəyyən edilib. Bu pozuntu ilə bağlı tərtib olunmuş AKT-a əsasən şirkətə 32,000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Bundan əlavə, səyyar vergi yoxlaması nəticəsində şirkətə 890,508.88 manat əlavə vergi hesablanıb və 446,414.46 manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq olunub.

Əldə etdiyimiz digər məlumata görə, "AZ.Halal Qida" MMC-nin ümumi vergi borcu 1,436,196.28 manat təşkil edir.

Şirkətin qanuni təmsilçisi Vüsal Abdullayev Hidayət oğludur, nizamnamə kapitalı isə 50 manat olaraq qeyd olunub.

Ayaz

Oxşar Xəbərlər