ÖZ XƏBƏR

"FAVORITE GALLERY" MMC-yə Çoxsaylı vergi pozuntuları üzrə maliyyə sanksiyaları tətbiq olundu

"FAVORITE GALLERY" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşı operativ vergi nəzarəti tədbirləri nəticəsində çoxsaylı maliyyə pozuntuları aşkarlanıb və buna uyğun olaraq cərimələr tətbiq olunub.

32gun.az xəbər verir ki, Vergi orqanlarının apardığı yoxlamalar zamanı müəssisənin pul vəsaitlərinin uçotdan gizlədilməsi və malların qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası olmadan alınması faktları müəyyən edilib. Bu hallar üzrə tərtib olunmuş bir neçə akt əsasında şirkətə ümumilikdə 12,829.07 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Bundan əlavə, idxal olunmuş malların saxlanıldığı yerdə aparılan yoxlama nəticəsində 3,740 manat məbləğində əlavə maliyyə sanksiyası da şirkətə tətbiq olunub.

Həmçinin, şirkət tərəfindən 2019-cu ildən 2024-cü ilə qədər olan illər üzrə vergi hesabatlarının vaxtında təqdim edilməməsi səbəbindən müxtəlif illərdə ümumilikdə 520 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunub.

"FAVORITE GALLERY" MMC-nin nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Kamran Əliyev Vəli oğludur. Hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, ev 8, mənzil 26 olaraq göstərilir.

Ayaz

Oxşar Xəbərlər