
Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma hallarında ciddi artım qeydə alınıb.
32gun.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumat yayıb.
Məlumata görə, bu bölgələrdə qızılcaya yoluxma halları son 25 ilin ən yüksək səviyyəsinə çatıb və bu göstərici əvvəlki ilə nisbətdə iki dəfədən çox artıb.
ÜST bildirir ki, Avropa ölkələrində vaksinasiya göstəriciləri pandemiyadan əvvəlki səviyyəyə qədər bərpa olunmayıb. Belə ki, 2024-cü ildə vaksinasiya səviyyəsinin yetərsizliyi fonunda qızılcaya yoluxma halları 148 mini keçib.
Mütəxəssislər qeyd edir ki, qızılcaya qarşı kollektiv immunitetin formalaşması üçün əhalinin ən azı 95%-i vaksinasiya olunmalıdır. Lakin 2024-cü ildə uşaqlar arasında qızılca, epidemik parotit, qızılça və B hepatitinə qarşı tam vaksinasiya səviyyəsi cəmi 91% təşkil edib. Bu rəqəm 2019-cu ildə 92% idi.
Xatırladaq ki, daha əvvəl New York Times qəzeti ABŞ-da da son 25 ildə qızılca hallarının rekord həddə çatdığını və xəstəliyin ləğv edilməsinə baxmayaraq, yenidən yayılmağa başladığını yazmışdı.
Ayaz