DÜNYA ÖZ XƏBƏR

Polşa Gürcüstan və Moldova vətəndaşlarını ölkədən deportasiya etdi

Polşa hökuməti ölkənin müdafiəsinə, təhlükəsizliyinə və ictimai qaydalara təhdid yaratdıqlarına görə Gürcüstan və Moldova vətəndaşlarından ibarət qrupu deportasiya edib.

32gun.az xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Adam Şlapka məlumat verib.

Onun sözlərinə görə, sərhədçilər Avropa İttifaqının sərhəd agentliyi Frontexlə birgə əməliyyat həyata keçirib. Radom şəhərindən havaya qalxan təyyarə ilə 27 Gürcüstan13 Moldova vətəndaşı ölkədən çıxarılıb – ümumilikdə 40 nəfər.

Adam Şlapka bildirib ki, bu ilin əvvəlindən bəri Polşadan 4 600-dən çox əcnəbi deportasiya olunub. Deportasiya edilən Gürcüstan vətəndaşlarından 20 nəfərə, Moldova vətəndaşlarından isə 9 nəfərə qarşı deportasiya qərarı ölkənin müdafiəsi, təhlükəsizliyi və ya ictimai qaydalar üçün təhlükə yaratdıqları səbəbilə verilib.

Xatırladaq ki, bu ilin fevralında Polşa, yol hərəkəti qaydalarını dəfələrlə pozduğu və yol kameralarına orta barmaq göstərdiyi üçün 19 yaşlı Ukrayna vətəndaşını da ölkədən çıxarmağa qərar vermişdi.

Nilay

Oxşar Xəbərlər