DÜNYA ÖZ XƏBƏR

Yaponiyada ayı 52 yaşlı qəzet paylayıcısını parçalayıb

Yaponiyanın Hokkaydo adasında yerləşən Fukusima şəhərində ayı qəzet paylayan 52 yaşlı kişini parçalayıb.

32gun.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Kişinin cəsədi kolluq sahədə, dərin caynaq izləri ilə tapılıb. Ayı hələ də axtarılır. Axtarışlar başa çatanadək şəhər küçələrində 24 saatlıq patrul xidməti təşkil olunub. Hadisənin şahidi bildirib ki, vəhşi heyvanı ibtidai məktəblərdən birinin yaxınlığında görüb. Hazırda uşaqlar məktəbə yalnız nəqliyyat vasitəsilə aparılır.

14 iyulda, parçalanmış şəxsin tapıldığı ərazidən təxminən 400 metr aralıda ayının izlərinə rast gəlinib — heyvan tullantı saxlamaq üçün nəzərdə tutulan anbarın qapısını zədələyib və ətrafda zibilləri dağıdıb.

Şəhərdə küçədə vəhşi heyvanla qarşılaşma riski ilə bağlı xəbərdarlıq elan edilib. Ayıların əsasən səhər tezdən və gec saatlarda fəal olduğu üçün mağazalar iş vaxtını bir saat azaldaraq daha tez bağlanmağa başlayıblar. Şəhər sakinlərinə gecə saatlarında evdə qalmaq və küçəyə zibil qoymamaq tövsiyə olunur.

Qeyd edək ki, daha əvvəl Belarusda ayıların populyasiyasının artması səbəbilə 30 ildən sonra yenidən ovuna icazə verilib.

Ayaz 

Oxşar Xəbərlər