DÜNYA ÖZ XƏBƏR

Məktəbli qız ayağından tutaraq suyun dibinə çəkməyə çalışan timsahın hücumundan xilas olub

ABŞ-ın Florida ştatında 15 yaşlı məktəbli qız timsah hücumuna məruz qalıb.

32gun.az xəbər verir ki, O, hadisə barədə CBS News telekanalına danışıb.

Hadisə iyunun 22-də Ocalusa mahalında baş verib. Həmin gün Sammer Haynot adlı yeniyetmə dostları ilə birlikdə Pond-Creek çayına gedib və belinədək suya girib. Bu zaman timsah qəfil qıza hücum edib.

Yırtıcı onun ayağından yapışaraq suyun altına çəkməyə çalışıb. Sammer instinktiv olaraq alliqatorun başına zərbə endirib. Bundan sonra yırtıcı onu buraxıb, lakin yenidən tutaraq suya sürükləyib.

“Əvvəlcə bunun nə olduğunu başa düşmədim. Sadəcə döndüm və başına vura-vura onu uzaqlaşdırmağa çalışdım. Məni buraxdı, sonra yenidən tutdu və suyun altına apardı,” – deyə Sammer hadisəni xatırlayıb.

Buna baxmayaraq, qız yırtıcının pəncəsindən qurtula bilib. Onun dostu dərhal kömək edərək Sammeri təhlükəsiz yerə çıxarıb və anasına xəbər verib. Anası isə dərhal hadisə yerinə gələrək qızını xəstəxanaya aparıb.

Qıza dərin və cırıq yaralar diaqnozu qoyulub. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.

Nilay 

Oxşar Xəbərlər