SOSIAL ÖZ XƏBƏR

Vergi borcu olan "GENERAL TRADİNG" MMC "qara siyahı"ya əlavə edildi

"GENERAL TRADİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozan şirkətlər siyahısınadır.

32gun.az xəbər verir ki, MMC  riskli vergi ödəyicisi elan olunub.

Əldə etdiyimiz məlumata görə, şirkətin dövlət büdcəsinə olan vergi borcu 74 min 627 manat 2 qəpik təşkil edir.

Şirkətin qanuni təmsilçisi Əli Qayıbaliyev Manaf oğludur.

Həm riskli status, həm də vergi borcu olan şirkətlərin fəaliyyəti müvafiq nəzarət orqanları tərəfindən daha ciddi şəkildə izlənilə bilər.

Qeyd edək ki, riskli vergi ödəyicisi statusu əsasən vergi qanunvericiliyinin pozulması, saxta əməliyyatlar və ya şübhəli maliyyə fəaliyyətləri ilə əlaqədar tətbiq olunur.

 Nilay

Oxşar Xəbərlər