ÖZ XƏBƏR

"HERBA MEDICAL" MMC-yə vergi pozuntularına görə cərimələr tətbiq olunub

"HERBA MEDICAL Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə operativ vergi nəzarəti çərçivəsində müxtəlif pozuntulara görə ümumilikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

32gun.az xəbər verir ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməməsinə dair tərtib edilmiş AKT əsasında 2000 manatƏhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı tərtib olunmuş digər AKT əsasında isə 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Şirkətin qanuni təmsilçisi, direktoru Səfərbəy Səfərbəylov Ziyautdinoviç, nizamnamə kapitalı isə 2 000 manatdır.

Qeyd edilən cərimələr operativ vergi nəzarətinin nəticələri əsasında rəsmiləşdirilib. 

Ayaz 

Oxşar Xəbərlər