
ÖZ XƏBƏR
"S.N.N MEDİCAL" MMC-yə bu qaydaların pozulmasına görə maliyyə sanksiyası tətbiq olunub
"S.N.N MEDİCAL" Məhdud Məsuliyyətli Cəmiyyətinə operativ vergi nəzarəti çərçivəsində 1 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az xəbər verir ki, Cərimə, POS-terminalların quraşdırılması və bu terminallarla nağdsız ödənişlərin qəbulundan imtina halları ilə bağlı tərtib olunmuş AKT əsasında müəyyən edilib.
Şirkətin qanuni təmsilçisi Pərviz Isayev Nəsrəddin oğludur. Nizamnamə kapitalı isə 40 manat təşkil edir.
Maliyyə sanksiyası ilə bağlı rəsmiləşdirilmiş sənədlər vergi orqanlarına təqdim olunub. Əlavə məlumat verildikcə xəbər yenilənəcək.
Nilay