DÜNYA ÖZ XƏBƏR

Qadınların hansı kişilərə daha çox güvəndiyi məlum olub

Çinli tədqiqatçılar müəyyən ediblər ki, qadınlar cəlbedici üzə malik kişilərdən gələn təklifləri daha tez qəbul edirlər.

Araşdırma göstərib ki, sosial müzakirə vəziyyətlərində xarici görünüş və simpatiya rasional düşüncədən üstün ola bilər.

32gun.az xəbər verir ki, Tədqiqatın nəticələri "Behavioral Sciences" (Davranış Elmləri) jurnalında dərc olunub.

İki iqtisadi eksperimentdə Çin universitetindən 70 tələbə qız iştirak edib. Təcrübədə iştirak edən virtual kişi obrazları fərqli görünüşə və səs tonuna, eləcə də müxtəlif simpatiya dərəcələrinə malik olublar. Bəziləri qadınlara onlardan xoşlandıqlarını bildiriblər, digərləri isə əksini deyiblər.

Ultimatum oyunu zamanı qadınlar kişilər tərəfindən təklif olunan pul bölgüsünü qəbul edib-etməmək qərarını veriblər. Cəza oyununda isə onlar üçüncü şəxsin pul bölgüsünü müşahidə edərək onun ədalətli olub-olmadığını və cəza verilib-verilməməli olduğunu qiymətləndiriblər.

Nəticələrə görə, cəlbedici üzə və ya səsə malik kişilərin təklifləri daha çox qəbul olunub – hətta bu təkliflər ədalətsiz olsa belə. Cəza oyununda isə xoş simalı kişilərdən gələn ədalətli təkliflər daha ağıllı qəbul edilib. Lakin belə kişilər eqoist davrandıqda bu, daha kəskin mənfi reaksiya doğurub.

Tədqiqat göstərib ki, xarici görünüşün təsiri səsdən daha güclüdür. Bununla belə, müəlliflər vurğulayırlar ki, nəticələr kontekstdən asılıdır və real həyatda fərqli ola bilər.

Nilay 

Oxşar Xəbərlər