DÜNYA ÖZ XƏBƏR

Qadın ərinin xəyanətini evdə tapdığı müsbət nəticəli İİV testindən sonra öyrəndi

Çində bir qadın həyat yoldaşının ona xəyanət etdiyini evdə tapdığı İİV (HİV) testi vasitəsilə öyrənib.

32gun.az xəbər verir ki, bu barədə World of Buzz məlumat yayıb.

Qadının sözlərinə görə, əri işgüzar səfər adı ilə Nankinə getdiyini deyib. Lakin qadın onun telefonunda "Miss Xonq" adlı bir qadınla tanışlıq tətbiqində apardığı yazışmaları aşkar etdikdən sonra xəyanətdən şübhələnməyə başlayıb.

Bundan əlavə, o, ərinin bu qadına mütəmadi olaraq pul köçürmələri etdiyini sübut edən maliyyə sənədləri tapıb. Qadının fikrincə, işgüzar səfər sadəcə bir bəhanə olub və əri əslində sevgilisi ilə görüşməyə gedib.

Ən böyük sarsıntını isə evdə ekspress İİV testinin müsbət nəticəsini gördükdən sonra yaşayıb. O bildirib ki, əri yoluxmuş ola bilər və bu, onun öz sağlamlığını da risk altına salır.

“Tamamilə dağılıram. Bunu evdə tapdım. İndi nə etməliyəm? Xəstəxanaya getməliyəm?”, — deyə qadın sosial şəbəkədəki izləyicilərinə müraciət edib.

İstifadəçilər ona dəstək göstərərək, dərhal həm psixoloji, həm də tibbi yardım üçün mütəxəssislərə müraciət etməsini tövsiyə ediblər.

Nilay 

Oxşar Xəbərlər