
Avropa İttifaqı Ukraynanın üzvlüyü ilə bağlı danışıqların ilk mərhələsini – klaster danışıqlarını başlatmaqda çətinliklə üzləşib.
32gun.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq baş nazir müavini Olqa Stefanışina Yevropeyskaya Pravda nəşrinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Avropa institutları hələlik bu mərhələnin başlanması ilə bağlı birgə qərar verməyə hazır deyillər:
"Siyasi işlər əsasən görülüb, institusional struktur qurulub, skrininq mərhələsini kifayət qədər uğurla keçmişik... Amma başa düşdük ki, bu qərarla bağlı Aİ daxilində siyasi birlik yoxdur", – deyə Stefanışina bildirib.
Kiyev isə ümid edirdi ki, danışıqların ilk mərhələsi iyulun 12-də – cümə günü açılacaq.
Qeyd edək ki, 2022-ci ildə Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd ölkə statusu vermişdi. Lakin formal üzvlük danışıqlarının başlaması üçün sərt şərtlər irəli sürülmüşdü. Aİ dəfələrlə vurğulayıb ki, bu qərar daha çox simvolik xarakter daşıyır və Rusiyaya qarşı mübarizədə bu ölkələrə dəstək məqsədi güdür.
2024-cü ilin iyununda Lüksemburqda Avropa İttifaqı ilə Ukrayna və Moldova arasında ilk hökumətlərarası konfranslar keçirilib və bu, üzvlük danışıqlarının rəsmi başlanğıcı kimi qiymətləndirilib.
İyulun 9-da isə İtaliya prezidenti Serco Mattarella bəyan edib ki, Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqları tezliklə başlayacaq və İtaliya bu prosesə dəstək verəcək.
Ayaz