HADİSƏ

Keçmiş futbolçunun atası dənizdə boğuldu

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

32gun.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.

Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır.

Oxşar Xəbərlər