
Yakutiyada faciə: Vahda çalışanları daşıyan avtobus dərəyə aşıb, 14 nəfər ölüb
Yakutiyada "Denisovskiy" Dağ-Metallurgiya Kombinatına məxsus texnoloji avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Yakutiya üzrə idarəsi məlumat verib.
Məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb.
Məlumata əsasən, “Nefaz 4208-34” markalı xidməti avtobus yoldan çıxaraq təxminən 25 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü də daxil olmaqla, 14 nəfər həyatını itirib, daha 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Nilay