DÜNYA ÖZ XƏBƏR

Sivil təyyarə ilə ABŞ-ın strateji bombardmançısı toqquşmaqdan son anda yayındı

ABŞ-ın Şimal Dakota ştatında SkyWest aviaşirkətinə məxsus sərnişin təyyarəsi hava məkanında strateji B-52 bombardmançısı ilə toqquşmaq təhlükəsi ilə üzləşib.

32gun.az xəbər verir ki, bu barədə ABC News kanalı hadisənin şahidi olan pilotun sözlərinə istinadən məlumat yayıb.

Minneapolis şəhərindən havaya qalxan sərnişin təyyarəsi yüksək sürətlə uçan bombardmançı ilə qarşılaşdıqda qəfil manevr edərək toqquşmadan yayınıb. Pilot hadisəyə təəccübləndiyini bildirib və vurğulayıb ki, bölgədə hərbi hava bazası və radar sistemi olduğu halda belə bir vəziyyətin yaranması anlaşılmazdır.

SkyWest şirkətindən verilən açıqlamaya görə, təyyarə Minot şəhəri hava limanına eniş edib, lakin ilk cəhddə eniş mümkün olmadığından təyyarə ikinci dövrəyə məcbur olub. Şirkət hadisə ilə bağlı araşdırma başladıb.

ABŞ Hərbi Hava Qüvvələri insidentə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, iyulun 7-də İspaniyada kiçik bir təyyarə yüksək gərginlikli elektrik xəttinə çırpılaraq qəzaya uğramışdı.

Nilay 

Oxşar Xəbərlər