
ÖZ XƏBƏR
Akademik M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin təmir xərcləri üzrə tenderi ləğv olunub
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi cari təmir işləri üçün nəqliyyat vasitələrinin xərclərinin satın alınması məqsədilə elan etdiyi tenderi ləğv edib.
32gun.az xəbər verir ki, Tenderin ehtimal olunan dəyəri 6.400 manat təşkil edib.
Ləğv səbəbi kimi tələb olunan lisenziyalara və ya icazələrə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsi ilə əsaslandırılır. Qanuna əsasən, rəqabətli satınalma üçün ən azı üç iştirakçının olması vacibdir.
Ayaz