DÜNYA ÖZ XƏBƏR

Husilər Ben-Qurion hava limanına hipersəs sürətli raketlə hücum etdiklərini iddia edirlər

Yəmənin şimalında hakim olan şiə hərəkatı "Ənsar Allah" (husilər) İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion hava limanına hipersəs sürətli ballistik raketlə hücum etdiklərini açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sarii məlumat verib. Onun sözlərini TASS yayıb.

Sarii bildirib ki, həyata keçirilən “unikal” hərbi əməliyyat hədəfə çatıb. Onun sözlərinə görə, hücum zamanı "Fələstin-2" tipli hipersəs ballistik raketindən istifadə olunub.

Qeyd edək ki, iyulun 7-də İsrailin müdafiə naziri İsrael Kats husilərə qarşı yeni hərbi əməliyyatın başladığını elan etmişdi. “Qara Bayraq” adlandırılan əməliyyat çərçivəsində Xudeyda, Əs-Salif və Rəs-İsa limanları, Rəs-Katib elektrik stansiyası və husilər tərəfindən iki il əvvəl ələ keçirilərək Qırmızı dənizdə terror fəaliyyəti üçün istifadə edilən Galaxy Leader adlı gəmi güclü hava zərbələri ilə vurulmuşdu.

Nilay 

Oxşar Xəbərlər