DÜNYA ÖZ XƏBƏR

Müharibə müxbiri Axmat komandiri ilə münaqişədə MMA döyüşçüsü Divniçi dəstəklədi

Hərbi jurnalist Yuriy Kotenok MMA döyüşçüsü Maksim Divniç ilə “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov arasında yaşanan gərginlik fonunda idmançını açıq şəkildə müdafiə edib.

32gun.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib.

“Maksa Divniçə tam dəstək. Onun üzr istəməsinə heç bir əsas yoxdur”, – deyə Kotenok bildirib və qarşı tərəfin hərəkətlərini “linç kampaniyası cəhdi” adlandırıb.

Jurnalist hesab edir ki, Divniçə qarşı irəli sürülən “milli nifrət yaymaq” ittihamları əsassızdır. O, cəmiyyətdə bəzi qruplar üçün “ömürlük imtiyazlar”ın qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, 21 iyulda Apta Alaudinov “Rusiya – qəhrəmanlar ölkəsidir” kanalının paylaşımını öz səhifəsində yayımlayıb. Paylaşımda Rusiyada “saxta ruslar”ın olduğu, onların “Axmat” xüsusi təyinatlılarının şərəfini ləkələdiyi qeyd olunub. Həmin kanalda yayılan fikirlərə görə, Divniçə dəstək məqsədilə yayılan video süjet sifarişli xarakter daşıyır.

Xatırladaq ki, 17 iyulda Maksim Divniç Luqanskda hovuzda baş verən dava ilə bağlı video paylaşmışdı. O, qarşı tərəfi “Axmat” döyüşçüsü adlandıraraq, onun qadınlara sataşdığını və irad bildirildikdən sonra davaya başladığını iddia etmişdi.

Ayaz 

Oxşar Xəbərlər