.jpg)
Şimali Amerikanın Hava-Kosmik Müdafiə Komandanlığı (NORAD) iyulun 22-də Alyaska hava hücumundan müdafiə tanıma zonasına daxil olan Rusiya hərbi təyyarəsini aşkar edib və izləyib.
32gun.az xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb. NORAD nümayəndələri bildiriblər ki, Rusiya təyyarəsi ABŞ və ya Kanada hava məkanını pozmayıb.
Təyyarənin tipi açıqlanmasa da, NORAD bu cür fəaliyyətlərin müntəzəm xarakter daşıdığını və təhlükə kimi qiymətləndirilmədiyini vurğulayıb.
Ayaz