DÜNYA ÖZ XƏBƏR

İki yaşlı qız uşaq pəncərədən yıxıldı – Prokurorluq araşdırma aparır / Bu ölkədə

Moskvada iki yaşlı qız çoxmərtəbəli binanın pəncərəsindən yıxılıb. Hadisə zamanı uşağın anası digər otaqda olub.

32gun.az Rusiya paytaxtının prokurorluğuna istinadla xəbər verir ki, hadisə Altufyevski şossesində baş verib. Ana otaqdan çıxan zaman uşaq pəncərəyə yaxınlaşıb, cibək toruna söykənib və aşağı düşüb.

Hadisə nəticəsində azyaşlıya tibbi yardım göstərilib. Onun vəziyyəti və aldığı xəsarətlərlə bağlı rəsmi məlumat verilməyib.

Bildirilir ki, Butır prokurorluğu baş verənləri nəzarətə götürübprosessual yoxlamanın gedişinə nəzarət edir.

Qurum valideynlərə pəncərəyə quraşdırılan cibək torlarının uşaqları qorumaq gücündə olmadığını xatırladıb. Eyni zamanda, balacaların tək halda, açıq pəncərəsi olan otaqda buraxılmasının təhlükəli olduğu vurğulanıb.

Nilay 

Oxşar Xəbərlər