DÜNYA ÖZ XƏBƏR

Tramp Epşteyn işi ilə bağlı sənədlərə maraqdan qəzəblənib – KİV

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərin ictimai maraq doğurmasına görə "qəzəb içindədir".

32gun.az xəbər verir ki, bu barədə Politico nəşri Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Trampın belə hiddətli vəziyyətdə ilk dəfə görüldüyü bildirilib. Onun administrasiyası yay fəslini əldə etdiyi uğurlarla qeyd etməyə ümid edirdi – mübahisəli vergi qanun layihəsinin Konqresdən keçməsi, bir neçə ölkə ilə ticarət razılaşmalarının bağlanması və NATO ölkələrinin hərbi xərclərini artırmağa razı salınması kimi addımlar buna nümunə göstərilib.

Lakin Epşteyn ətrafındakı qalmaqalın bu nailiyyətləri kölgədə qoyduğu vurğulanır.

Politico qeyd edir ki, Tramp administrasiyası Epşteyn işi ətrafında yayılan sui-qəsd nəzəriyyələrinə qarşı təsirli tədbir görə bilmədiyindən narazıdır. Trampın narahatlığının bir səbəbi də bu məsələnin onun üçün "həssas nöqtə" hesab olunmasıdır.

Xatırladaq ki, iyulun 16-da Tramp Epşteynlə guya əlaqələrinin olması barədə iddiaları "Demokratların yeni dələduzluğu" adlandırmışdı.

Ayaz 

Oxşar Xəbərlər