.jpg)
İnquşetiyada bir kişi körpə uşağını yalnız bir ayağından tutaraq qayalı yolda başıaşağı daşıyıb. 32gun.az xəbər verir ki, bu barədə "Mash Gor" məlumat verib.
Yayılan görüntülərdə ata az qala uşağı ilə birlikdə suya yıxılır. Körpənin dağ çayında çimizdirilməsi də narazılığa səbəb olub.
“Sapa” xəbər verir ki, videonu izləyən yerli sakinlər uşaq hüquqları üzrə müvəkkil Zarema Çexkiyevaya şikayət ediblər.
Çexkiyeva bildirib ki, valideynlərlə söhbət aparacaq və məsələyə hüquqi qiymət verilməsi üçün yoxlama başlayacaq.
Nilay