
ÖZ XƏBƏR
Ağciyər Xəstəlikləri Mərkəzinin aptek avadanlıqları üzrə tenderi ləğv edildi
Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsin aptek avadanlıqlarının alınması və quraşdırılması ilə bağlı elan etdiyi tender proseduru baş tutmayıb.
32gun.az xəbər verir ki, satınalmanın təxmini dəyəri 69.640,65 manat təşkil edib. Lakin 24 iyul 2025-ci il tarixində keçiriləcəyi bildirilən tender müsabiqəsi ləğv edilib.
Ləğv səbəbi olaraq göstərilib ki, satınalmada iştirak etmək üçün təklifi və onun təminatını təqdim etmiş, eyni zamanda tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olub.
Bu, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən tenderin keçirilməsini mümkünsüz edib.
Ayaz