
ÖZ XƏBƏR
Geoloji Kəşfiyyat Agentliyi 260 min manatlıq hidrogeoloji tədqiqat işləri üçün satınalma elan edib
“Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxs hidrogeoloji sahədə aparılacaq tədqiqat işləri ilə bağlı satınalma proseduru elan edib.
32gun.az xəbər verir ki, elan olunan satınalmanın ehtimal olunan qiyməti 260.664,95 manat təşkil edir.
Layihə çərçivəsində yeraltı su ehtiyatlarının öyrənilməsi, hidrogeoloji şəraitin qiymətləndirilməsi və digər müvafiq tədqiqatların aparılması planlaşdırılır.
Ayaz