
Naxçıvan şəhərində 161 min manatlıq satınalma ləğv edildi
Naxçıvan şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və quraşdırılması xidmətləri üzrə elan etdiyi satınalma prosedurunu ləğv edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 161.416 manat təşkil edirdi.
Rəsmi açıqlamaya əsasən, prosedurun ləğv edilməsinə səbəb olaraq “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci və 45.4-cü maddələri göstərilib. Belə ki, satınalmada iştirak etmək üçün tələb olunan təklifləri və təminat sənədlərini təqdim etmiş, həmçinin müvafiq lisenziyaya malik təchizatçıların sayı üçdən az olub.
Bu səbəbdən də qanunvericiliyə əsasən tender müsabiqəsi baş tutmayıb. Hazırda bu istiqamətdə yeni satınalma prosedurunun elan olunub-olunmayacağı barədə məlumat verilməyib.
Nilay