
ÖZ XƏBƏR
“Azəristiliktəchizat” ASC poçt və kuryer xidmətləri üzrə tenderi ləğv etdi
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən poçt və kuryer xidmətlərinin satınalması ilə bağlı 25 iyul 2025-ci il tarixində saat 16:28-də elan edilmiş tender proseduru ləğv olunub.
32gun.az xəbər verir ki, ləğvə səbəb “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi göstərilib.
Belə ki, tenderdə iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Qeyd edək ki, qanunvericiliyə əsasən bu hal tenderin keçirilməsi üçün kifayət deyil və açıq tenderin ləğv edilməsinə səbəb olur.
Nilay