
ÖZ XƏBƏR
“Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” lift xidməti üzrə tenderi ləğv edib
“Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” Publik Hüquqi Şəxsinin liftlər üçün ehtiyat hissələrinin dəyişdirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı elan etdiyi tender proseduru baş tutmayıb.
32gun.az xəbər verir ki, 24 iyul 2025-ci il tarixində keçirilən satınalma müsabiqəsi iştirakçıların azlığı səbəbindən ləğv olunub. Qanunvericiliyə əsasən, təklif və onun təminatını təqdim etmiş, həmçinin tələb olunduqda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə tender “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq dayandırılıb.
Qeyd olunur ki, bu hal tenderin keçirilməsi üçün tələb olunan minimum iştirakçı sayının təmin olunmaması deməkdir.
Nilay