
ÖZ XƏBƏR
Memarlıq və İnşaat Universiteti liftlərin təmiri üçün tender keçirib – Qalib məlumdur
Azərbaycan Memarlıq və İnşaat Universiteti 4 ədəd liftin cari təmiri ilə bağlı satınalma keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi “ASLİFT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 24 768,2 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, “ASLİFT” MMC-nin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Elşən Aslanov Şüeyib oğludur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovadır.
Nilay