ÖZ XƏBƏR

DOST Agentliyi üçün xüsusi geyimlər alınacaq – Tenderin qalibi bəlli oldu

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi əməkdaşlar üçün xüsusi geyim formalarının satınalınması ilə bağlı tenderə yekun vurub.

32gun.az xəbər verir ki, satınalmanın qalibi “GİLL MED” Qapalı Səhmdar Cəmiyyəti olub. 

Tərəflər arasında 169784,3 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Alınacaq geyimlərə təsərrüfat işçiləri üçün kombinezollar, qadın xidmətçilər üçün kostyumlar, xadimələr və fəhlələr üçün xüsusi geyim formaları, həmçinin qadın xidmətçilər üçün qısaqol polo köynəklər daxildir.

Geyimlər Agentlik, DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin əməkdaşları üçün nəzərdə tutulub.

 Nizamanmə kapitalı 2002.50 AZN olan şirkət qanuni təmsilçi Rüstəm Məmmədov Xudu oğludur. 

Nilay 

Oxşar Xəbərlər