
ÖZ XƏBƏR
"Naxçıvan Aqroservis" buğda toxumu alacaq – 163 min manatlıq satınalma
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti buğda toxumunun alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 163 333,33 AZN təşkil edir.
Satınalma toxum təminatının yaxşılaşdırılması, məhsuldarlığın artırılması və yerli fermerlərin ehtiyaclarının qarşılanması məqsədi daşıyır. Müvafiq prosedurlar tamamlandıqdan sonra müqavilənin bağlanması və toxumların paylanması planlaşdırılır.
Ayaz