DÜNYA ÖZ XƏBƏR

Yaşlı qadın dələduzların qurbanı oldu – 7 milyon rubl itirdi

Kursk vilayətində bir qadın dələduzların təsiri altında maşın və mənzilini sataraq təxminən 7 milyon rubl itirib.

32gun.az xəbər verir ki, bu barədə Rusiya  Daxili İşlər İdarəsi məlumat yayıb.

Hadisə belə başlayıb: Dələduzlar qadına zəng edərək özlərini elektrik şəbəkəsi əməkdaşları kimi təqdim edib, sayğacdakı plombun dəyişdirilməsini tələb ediblər. Qadın onlara kodu verəndən sonra başqa bir dələduz “Dövlət Xidmətləri” portalında hesabının sındırılmağa çalışıldığını bildirib. İzlənilən təlimatlarla qadın hesabından 950 min rubl çıxarıb.

Sonra qadın öz maşınını və mənzilini sataraq əldə etdiyi vəsaiti dələduzlara göndərib. Onlar daha sonra qadını tanışlarından borc almağa da razı salıblar.

Faktla bağlı cinayət işi açılıb. Dələduzlar qadının bütün maliyyə imkanlarını tükətdikdən sonra əlaqəni kəsiblər.

Nilay 

Oxşar Xəbərlər