
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib ki, İstanbulda keçirilən Rusiya və Ukrayna danışıqlarında tərəflər kompromisə meyillidir.
32gun.az xəbər verir ki, bu, yaxın gələcəkdə münaqişəyə ilkin həll yolunun tapılmasına imkan verə bilər.
Fidan NTV telekanalına müsahibəsində qeyd edib ki, nümayəndə heyətləri dövlət başçıları səviyyəsində görüşün keçirilməsinin məqsədəuyğunluğu ilə bağlı “əsas razılığa” gəliblər, baxmayaraq ki, Rusiya və Ukraynanın bu görüşün təşkili ilə bağlı yanaşmaları fərqlidir.
Nazir ümid edir ki, davam edən birbaşa danışıqlar münaqişənin həllinə yol açacaq. Onun sözlərinə görə, “danışıqlar davam edərsə, tunelin sonunda işıq görmək mümkün olacaq.”
Qeyd edək ki, 25 iyul tarixində ABŞ Prezidenti Donald Tramp da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında dialoqa inamını ifadə edib.
Ayaz