DÜNYA ÖZ XƏBƏR

Ukraynaya humanitar yardım tələbatının yalnız 34 faizi təmin olunub

BMT-nin Humanitar Məsələlər üzrə Baş Katibin müavini Coys Msuya bildirib ki, Ukraynadakı vəziyyət pisləşsə də, beynəlxalq humanitar yardım yalnız zəruri ehtiyacların 34 faizini qarşılaya bilir.

32gun.az xəbər verir ki, 2025-ci ilin ilk yarısında mülki itkilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz artıb. Hazırda təxminən 13 milyon ukraynalı humanitar yardıma ehtiyac duyur, lakin BMT yalnız 3,6 milyon insana dəstək verə bilib.

Msuya Rusiyanın işğal etdiyi ərazilərə humanitar yardımın çatdırılmasında ciddi məhdudiyyətlərin olduğunu vurğulayıb.

Qış mövsümünə hazırlıq çərçivəsində BMT 1,7 milyon ukraynalıya yardım etməyi planlaşdırır, lakin 2,6 milyard dollar dəyərində humanitar ehtiyacların yalnız 34 faizi təmin olunub.

Msuya donorları təcili addımlar atmağa çağırıb və humanitar proqramların maliyyələşdirilməməsi halında yardımların dayandırılacağına diqqət çəkib.

Qeyd edək ki, Ukrayna Mərkəzi Bankının hesablamalarına görə, ölkə iqtisadiyyatının sabitliyi üçün 65 milyard dollar yardım tələb olunur, hazırda isə 23,3 milyard dollar vəsait təsdiqlənib.

Oxşar Xəbərlər