
ABŞ-ın keçmiş prezidenti Donald Trampın golf oyununda fırıldaqçılıq etdiyini göstərən görüntülər sosial şəbəkələrdə yayılıb.
32gun.az xəbər verir ki, görüntüləri Britaniyanın The Independent paylaşıb. Kadrlarda Trampın Şotlandiyadakı şəxsi golf sahəsində oynadığı zaman ona kömək edən işçinin (keddinin) Trampın qarşısında gedərək topu ona doğru atdığı açıq şəkildə görünür.
Bu, Trampın golf oyunlarında qeyri-etik davranışda ittiham olunduğu ilk hal deyil. Daha əvvəl məşhur aktyor Samuel L. Cekson və peşəkar qadın golfçu Syuzann Pettersen də Trampı “oyunda fırıldaq etməkdə” suçlamışdılar.
Onun bu xüsusiyyətlərinə həsr olunmuş “Commander in Cheat” (“Komandir-fırıldaqçı”) adlı kitab da yazılıb. Kitabın müəllifi tanınmış idman jurnalisti Rik Reylidir.
Qeyd edək ki, bir müddət əvvəl Trampın Şotlandiyadakı golf sahəsinə çəkilmiş siyasi məzmunlu qraffiti ilə bağlı beş nəfər polis tərəfindən saxlanılmışdı.
Ayaz