DÜNYA ÖZ XƏBƏR

İranda iğtişaş planı və 23 sui-qəsd cəhdi önlənib

İran Kəşfiyyat Nazirliyi İsraillə baş verən 12 günlük müharibə zamanı ölkənin 23 yüksək vəzifəli məmuruna qarşı planlaşdırılan sui-qəsd cəhdlərinin qarşısını alıb.

32gun.az xəbər verir ki, bu barədə ölkənin nazirliyi məlumat  yayıb.

Nazirlik əlavə edib ki, müharibədən əvvəlki aylarda daha 13 oxşar sui-qəsd planı ifşa olunub. Həmin planlar 35 dövlət rəsmisinin, o cümlədən hərbi rəhbərlərin fiziki məhv edilməsinə yönəlmişdi.

Bəyanatda qeyd olunur ki, İranın cənub-şərq sərhədi yaxınlığında yerləşdirilmiş 300 xarici terrorçunun yerini müəyyən etmək və onların ölkə ərazisinə daxil olmasının qarşısını almaq mümkün olub.

Bundan əlavə, Suriyada yerləşən və İslam Respublikasına hücum etməyə hazırlaşan 150 nəfərlik radikal qrup da aşkar edilib. Sənəddə vurğulanır ki, İsrailin "Mossad" xidməti bəzi İranlı dissidentlərin köməyi ilə "Evin" həbsxanasına edilən hücumdan sonra Tehranda geniş iğtişaşlar təşkil etməyi planlaşdırıb.

Qeyd edək ki, daha əvvəl İran məhkəmə sisteminin rəsmi nümayəndəsi Əsğər Cahangir bildirib ki, İsrailin Evin həbsxanasına endirdiyi zərbədən sonra qaçan 75 məhbusdan 48-i artıq geri dönüb. O, 27 məhbusun hələ də tapılmadığını, lakin onların da yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq geri qaytarılacağını vurğulayıb.

Nilay 

Oxşar Xəbərlər