
Almaniyanın Baden-Vürttemberq federal əyalətində iyulun 27-də baş verən sərnişin qatarı qəzası nəticəsində xəsarət alanlar arasında beş Ukrayna vətəndaşı da var.
32gun.az xəbər verir ki, vu barədə Ukraynanın Xarici İşlər Nazirliyinə istinadən “İnterfaks-Ukrayna” məlumat yayıb.
Nazirlikdən bildirilib ki, zərərçəkənlər arasında 59 yaşlı bir kişi və azyaşlı övladları ilə birlikdə olan ailə cütlüyü var. Həmçinin qeyd olunub ki, bütün ukraynalı yaralılar yerli xəstəxanalarda stasionar müayinədən keçirilir və onların həyatına heç bir təhlükə yoxdur.
Hadisə ilə bağlı məsələni Ukraynanın Münhendəki Baş Konsulluğu nəzarətdə saxlayır.
Qeyd edək ki, hadisə zamanı regional ekspress qatarının iki vaqonu relsdən çıxıb. Nəticədə azı üç nəfər həyatını itirib, təxminən 50 nəfər isə xəsarət alıb. Almaniya meteoroloqları bölgədə hər kvadrat metrə 30–40 litr yağıntının düşdüyünü qeydə alıblar. Yerlərdə baş verən sürüşmənin qəzanın mümkün səbəbi olduğu bildirilir.
Ayaz