SOSIAL

Aqrar Xidmətlər Agentliyinin 256 min manatlıq tenderi ləğv edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki mərkəzlər üçün nəzərdə tutulan dəftərxana və təsərrüfat mallarının satın alınması ilə bağlı tender proseduru ləğv edilib.

32gun.az xəbər verir ki,  ümumi dəyəri 256.843,99 manat olan satınalma nəzarət orqanının qərarı ilə dayandırılıb.

Səbəb olaraq  “satınalmanın 1 iş günü ərzində ləğv edilməsini xahiş edirik” ifadəsi yer alıb.

Tenderin yenidən elan olunub-olunmayacağı barədə hələlik açıqlama verilməyib.

Ayaz 

Oxşar Xəbərlər