ÖZ XƏBƏR

Nazirliyin İnformasiyalaşdırma İdarəsinin tenderi ləğv edildi

Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi rezerv mərkəzi üçün məlumat saxlama sisteminin alınması ilə bağlı keçirdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, satınalmanın ləğv edilməsinə səbəb kimi, iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, həmçinin tələb olunan halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib (Satınalma Qanununun 36.1.1-ci maddəsi).

Layihənin ehtimal olunan dəyəri 270 min 1 manat 70 qəpik təşkil edirdi.

Ayaz 

Oxşar Xəbərlər