DÜNYA ÖZ XƏBƏR

Melaniya Putini bəyənir – lakin Rusiya ilə bağlı sərt mövqe də məhz onun təşəbbüsü ilə formalaşıb / Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Rusiya prezidenti Vladimir Putini bəyəndiyini bildirib.

32gun.az xəbər verir ki, o bu barədə New York Post qəzetindən jurnalist Miranda Divenə müsahibəsində danışıb:
“Biz Putini tanıyırıq və o (Melaniya) onu bəyənir”, – deyə Tramp bildirib.

Bununla belə, Tramp iyulun 14-də verdiyi açıqlamada Melaniyanın onu Rusiya ilə bağlı daha sərt mövqe tutmağa inandıran şəxslərdən biri olduğunu qeyd edib. O, eyni zamanda, Putini verdiyi vədləri yerinə yetirməməkdə ittiham edib.

Həmin gün Tramp NATO-nun baş katibi Mark Ryutte ilə görüşdə Rusiya nefti alan ölkələrə qarşı 100%-ə qədər “ikinci dərəcəli gömrük rüsumları” tətbiq olunacağını, əgər 50 gün ərzində Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, bu tədbirlərin qüvvəyə minəcəyini bəyan edib. O, həmçinin Avropada yerləşdirilmək üçün 17 ədəd Patriot hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsini də elan edib. Bu sistemlərin maliyyəsi Avropa müttəfiqləri tərəfindən qarşılanacaq.

Avropada Trampın bu addımları kifayət qədər qəti hesab edilməyib və bəzi ölkələr Vaşinqtonun mövcud sanksiya imkanlarının tam istifadə olunmamasından narazılıq ifadə ediblər.

Ayaz 

Oxşar Xəbərlər