Pskov şəhərində 36 yaşlı kişi tanışı ilə mübahisə zəminində onu döyərək pəncərədən atıb. Nəticədə zərərçəkən ölüb.
32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Pskov vilayəti üzrə İdarəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, hadisə 9 may gecəsi baş verib. Təqsirləndirilən şəxs həmin gecə tanışının evində spirtli içkilər qəbul edirmiş. Mübahisə zamanı kişi dostunu amansızlıqla döyüb, daha sonra isə onu açıq pəncərədən bayıra itələyib. Zərərçəkəni xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb və istintaq materialları məhkəməyə göndərilib. Təqsirləndirilən şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, bir qədər əvvəl Novosibirskdə başqa bir kişi borclusunu meşəyə apararaq öz barmağını maçete ilə kəsməyə məcbur etmişdi. O, qanunsuz şəkildə özbaşına zor tətbiq etməyə görə iki il ümumi rejimli koloniyada cəza almışdı.
Ayaz