ÖZ XƏBƏR

Qurban Yetirmişlinin rəhbəri olduğu Mərkəzdə 97 min manatlıq "alış-veriş" ləğv edildi 

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı elan etdiyi tender müsabiqəsi ləğv edilib.

32gun.az xəbər verir ki, müsabiqənin ləğv olunmasına səbəb kimi satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsaslanır.

Qeyd edək ki, satınalmanın ehtimal olunan dəyəri 97 min 204 manat 34 qəpik təşkil edirdi.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlidir.

Ayaz 

Oxşar Xəbərlər