ÖZ XƏBƏR
Baş Mil-Muğan Kollektoru daha bir tenderi ləğv etdi
Baş Mil-Muğan Kollektoru İstismar İdarəsi tərəfindən keçirilən daha bir tender müsabiqəsi ləğv olunub. Müsabiqə təmir-tikinti işləri üçün tikinti materiallarının satın alınmasına dair olub.
32gun.az xəbər verir ki, ləğv edilməyə səbəb kimi satınalmada iştirak etmək üçün tələb olunan sənədləri təqdim edən və müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.
Bu isə “Dövlət Satınalmaları Haqqında” qanunun 36.1.1-ci bəndinə əsasən tenderin ləğvini zəruri edib. Rəsmi bildirişdə qeyd olunur ki, yetərsay iştirakçı olmadığından müsabiqə baş tutmayıb.
Tenderin ehtimal olunan dəyəri 99 min 992 manat 10 qəpik təşkil edirdi.
Ayaz