ÖZ XƏBƏR

Şirvan Xəstəxanasının təsərrüfat mallarının alınması ilə bağlı tenderi ləğv edilib

"Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üçün bu il mayın 20-də keçirilmiş tender müsabiqəsi gerçəkləşməyib.

32gun.az xəbər verir ki, müsabiqə Nəzarət orqanının qərarı ilə ləğv olunub.

Ehtimal olunan məbləği 50.096,25 manat olan satınalma çərçivəsində şvabra dəsti, zibil paketi, HP LaserJet 106A kartici, yer silmək üçün bez, təmizlik tozu, təsərrüfat əlcəyi, pedallı vedrə, xəkəndaz və şotka dəstinin alınması nəzərdə tutulurdu.

Ayaz 

Oxşar Xəbərlər