ÖZ XƏBƏR

Elmi Tibb Kitabxanasında təmir işi "dayandırıldı"

Respublika Dövlət Elmi Tibb Kitabxanası tərəfindən cari təmir işlərinin satınalınması məqsədilə elan edilən tender müsabiqəsi ləğv edilib.

32gun.az xəbər verir ki, Ləğvə səbəb kimi satınalmada iştirak etmək üçün təklif və təminat sənədlərini təqdim etmiş, eyni zamanda tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu hal “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci bəndinə əsasən tenderin ləğvini zəruri edib.

Satınalmanın ehtimal olunan dəyəri 6.640,20 manat təşkil edirdi.

Ayaz 

Oxşar Xəbərlər