ÖZ XƏBƏR

Mingəçevir İcra Hakimiyyətinin 275 min manata görün nə almaq istəyirmiş

Mingəçevir Şəhər İcra Hakimiyyətinin “xüsusi texnikaların və texnikalara qoşqu avadanlıqlarının” satınalınması ilə bağlı elan etdiyi 275.653,92 manat dəyərində tender ləğv edilib.

32gun.az xəbər verir ki, ləğv səbəbi olaraq, satınalmada iştirak etmək üçün təklif və təminat sənədlərini təqdim etmiş, eyni zamanda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu isə qanunvericiliyin 36.1.1-ci bəndinə əsasən, müsabiqənin keçirilməsini mümkünsüz edib.

Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.

Ayaz 

Oxşar Xəbərlər