ÖZ XƏBƏR

Gömrük Komitəsinin Mərkəzi Hospitalının 418 min manatlıq tibbi material almaq istəyi "puç oldu"

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən hemodializ tibbi sərf materiallarının satın alınması ilə bağlı elan edilən tender i əğv olunub.

32gun.az xəbər verir ki, müsabiqənin müqavilə dəyəri 418.165,73 manat olub. 

Satınalma müsabiqəsi, təklif və təminat təqdim etmiş, müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması səbəbilə, qanunvericiliyin 36.1.1-ci bəndinə əsasən baş tutmayıb. Rəsmi məlumatda iştirakçı sayının natamam olduğu və müsabiqənin yenidən elan ediləcəyi bildirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.

Ayaz 

Oxşar Xəbərlər