ÖZ XƏBƏR

ATU-nun Onkologiya Klinikası üçün 111 min AZN-lik təmir planı

Azərbaycan Tibb Universiteti Onkologiya Klinikasının yardımçı və zirzəmi hissəsində cari təmir işlərinin görülməsi planlaşdırılır.

32gun.az xəbər verir ki, bunun üçün 111.548,30 manat məbləğində vəsait nəzərdə tutulub.

Satınalma sənədlərinə əsasən, təmir işlərinə divarların keramik tavalarının, tavan lambir örtüyünün, mövcud elektrik naqillərinin, ştepsel rozetka və açarların, tavada yerləşən lüsturların, eləcə də döşəmənin metlax örtüyünün sökülməsi və digər bərpa işləri daxildir.

Ayaz 

Oxşar Xəbərlər