Türkiyənin Kocaeli vilayətinin Darıca, Gebze və Çayırova bölgələrində silah qaçaqmalçılarına qarşı eyni vaxtda əməliyyat keçirilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər ki, Əməliyyat çərçivəsində 7 nəfər şübhəli şəxs saxlanılıb.
Kocaeli İl Təhlükəsizlik Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları silah qaçaqmalçılarına qarşı araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində müəyyən edilən ünvanlara səhər saatlarında basqınlar təşkil olunub.
Axtarışlar zamanı 2 dəyənək tipli silah (muşta), 9 bıçaq, 2 boşqablı (kuru sıkı) tapança, 29 ədəd boşqablı tapança gülləsi, 3 ədəd ov tüfəngi patronu və 1600 qram narkotik vasitə aşkar edilərək götürülüb.
Əməliyyat zamanı saxlanılan 7 nəfər ifadələrinin alınması üçün polis idarəsinə aparılıb. Onlarla bağlı istintaq tədbirləri davam edir.
Ayaz