ÖZ XƏBƏR

UNEC 10 manatlıq şirkəti 9.7 milyon AZN-lik tenderdə qalib etdi

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) əsaslı təmir işləri üçün tender keçirib.

32gun.az-ın əldə etdiyi məlumata görə, tenderin qalibi "KONEKS CONSTRUCTION" MMC olub.

32gun.az xəbər verir ki, Şirkət ilə təmir işlərinin həyata keçirilməsi üçün 9 milyon 735 min 844 manat 68 qəpik məbləğində müqavilə bağlanacağı gözlənilir.

Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur, nizamnamə kapitalı isə 10 manatdır.

Ayaz 

Oxşar Xəbərlər