ÖZ XƏBƏR
Folklor İnstitutunun İT avadanlıqları üzrə tenderi ləğv edildi – səbəb iştirakçı çatışmazlığı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu tərəfindən elan edilən İT avadanlıqlarının satın alınması ilə bağlı tender proseduru ləğv edilib.
32gun.az xəbər verir ki, Ləğv edilməyə səbəb kimi təklif verən və tələblərə cavab verən təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, Satınalmalar haqqında qanunun 36.1.1-ci maddəsinə əsasən tenderin keçirilməsi üçün minimal iştirakçı sayının təmin olunmaması ilə bağlıdır.
Qeyd edək ki, satınalma üzrə ehtimal olunan qiymət 24.999,48 manat idi. Tender 01 avqust 2025-ci il, saat 13:57 tarixində rəsmən dayandırılıb.
Ayaz